Mehmanxanada Qoruma

rəsmi şəkildə mehmanxana işçilərinə təhvil verilmiş mallara görə, mehmanxananın malları qorumaq haqqında götürdüyü öhdəlik müqaviləsidir.
Mayorat
Mexanizm
OBASTAN VİKİ
Xalq Qoruma Birlikləri
Xalq Müdafiə Birlikləri və ya Xalq Qoruma Dəstələri (kürd. Yekîneyên Parastina Gel, qısaca: YPG; ərəb. وحدات حماية الشعب‎, Wihdat Himayah ash-Sha'ab) — Kürd Ali Komitəsinin rəsmi silahlı birləşməsi. Rəsmi olaraq heç bir siyasi partiyayla əlaqəsi olmasa da, de-fakto Demokratik Birlik Partiyasının (PYD) silahlı qanadıdır. 2004-cü ildə Qamışlı hadisələrindən sonra PYD və "Kürd Ali Komitəsi" tərəfindən yaradılan silahlı birləşmə ilk aktiv fəaliyyətinə 2011-ci ildə Suriya vətəndaş müharibəsi zamanı başlayıb. 2012-ci ilin dekabr ayının xəbərlərinə görə YPG 8 briqada və 10 min döyüşçüdən ibarətdir. 2013-cü ilin yaz aylarının sonlarına yaxın isə bu rəqəmin 15 minə çatdığı bildirilir. YPG-də kişilərlə yanaşı qadınlar da vuruşur; 2013-cü ilin fevral ayında Əfrin şəhərində 150 nəfərdən ibarət ilk qadın batalyonu yaradılıb. 2003-cü ildə kürd muxtariyyəti tələbi ilə qurulan Demokratik Birlik Partiyasının (PYD) de-fakto silahlı qanadı sayılan YPG hal-hazırda Suriyanın Hələb mühafazasının Əfrin, Kobani, Cinderis şəhərlərini, Haseke mühafazasının Amude, Derik, Efrin bölgələrini, Əl Dərbasiyə, RəsulaynAfr şəhərləri ilə Tirbesipiye qəsəbəsini öz nəzarəti altında saxlayır. 23 may 2013-cü il tarixində Demokratik Birlik Partiyasının (PYD) sədri Salih Müslim Suriya neftinin 60%-nin kürdlərin yaşadığı ərazidə yerləşdiyini və kürd nəzarətində olduğunu bildirdi.
Xalq Qoruma Dəstələri

Qoruma sahəsi (Birləşmiş Krallıq)
Birləşmiş Krallıqda "qoruq ərazisi" termini demək olar ki, hər zaman qorunmaq və ya yaxşılaşdırmağa layiq hesab olunan müəyyən bir memarlıq və ya tarixi maraq dairəsinə aiddir. Bu, binaların və ya ağacların itirilməsinə, dəyişdirilməsinə ehtiyatla yanaşmanı yaradır. Beləliklə, siyahıya alınmış binalar və ağacların qorunması haqqında bəzi qanunverici və siyasi xüsusiyyətlərə malikdir. 1990-cı ildə İngiltərə və Uelsdə tətbiq olunan planlaşdırma qanunu qorunan ərazinin keyfiyyətini aşağıdakı kimi müəyyənləşdirdi: "Qorumaq və ya yaxşılaşdırmaq üçün arzu olunan bir görünüş". Mövcud Şotlandiya qanunvericiliyi mühafizə sahələrinin planlaşdırmasına 1997-ci ildə başlamışdır. Şimali İrlandiyada bu planlaşdırma aktı 2011-ci ilə aiddir. Stamford, Linkolnşire təyin olunan ilk mühafizə sahəsi idi. Mühafizə bölgələri İngiltərənin əksər şəhər və kənd yerlərində tapıla bilər. Mühafizə bölgələrində bu, xüsusi binalara deyil, bütövlükdə rayonun və ya mahalın keyfiyyətinin qorunmasıdır. Mühafizə olunan ərazilər üçün hazırkı dövlət planlaşdırma siyasəti əsasən "Milli Planlaşdırma Siyasətinin" əsaslarını təşkil edir və "Tarixi mühitin qorunması və yaxşılaşdırılması" bölməsində öz əksini tapır.